Seni Ağlatan bir sarkın var mı?

m.youtube.com/watch




Bir zaman qoynunda ağlayardım
İndi yoxluğunla ağlar qaldım
Can deyib halıma sən yanardın
İndi gedişinlə yanır bağrım

Son sözüm dilimdə dondu qaldı
Aciz baxışın üzündə qaldı
Ayrılmaq istəmirdin sən bizdən
Zalım ölüm canın gücdən aldı
Ağladır dərd məni boğur qəhər

Ümüd yolları kəsdi kədər
Kim çəkər qayğımı sənin qədər
Şirin ömrüm zəhər oldu zəhər

İncidim dünyadan, taleyimdən
Əl çəkdim canımdan hər şeyimdən
Düşməmiş qara saçlarına dən
Tanrım səni aldı əllərimdən

Bilmədim qiymətin sağlığında
Necə xoşbəxt imişəm varlığında
Anıram hər nəfəs aldığımda
Bezdim dünyadan cavanlığımda

Yox məni yaşadan bir təsəllim
Sanki kimsəsizəm qaldım yetim
Kaş xəbərsiz ətərsiz öləydim
Sənin bu halını görməyəydim
Soyuyur əl ayağım hərarətim yox
Büküldüm həminki qamətim yox
Baxmağa rəsminə cəsarətim yox
Üzgünəm solğunam taqətim yox

İncidim dünyadan, taleyimdən
Əl çəkdim canımdan hər şeyimdən
Düşməmiş qara saçlarına dən
Tanrım səni aldı əllərimdən
Seni Ağlatan bir sarkın var mı?
Cevapla